Prezident QHT sədrini təltif edib

Mar17,2021
Təltif

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında miqrasiya sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“QİA.az” bildirir ki, Sərəncama əsasən, miqrasiya sahəsində uzunmüddətli fəaliyyətinə və vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsində xidmətlərinə görə Azər Kərim oğlu Allahverənov “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Azər Allahverənov Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədridir.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər