Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib

Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.

QİA.AZ“ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. O, 1991-1995-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifələrində çalışıb. 1995-2001-ci illərdə isə Azərbaycan Milli Bankında departament direktoru, baş direktor olub. Daha sonra 2001-2006-cı illərdə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli sərəncamı ilə maliyyə naziri təyin edilib.

Oxşar Xəbərlər