İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib.
“QİA.AZ“ xəbər verir ki, dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.