Prezidentdən su problemi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“QİA.az” xəbər verir ki, sərəncamla əhalisi 29662 nəfər olan 5 rayonun 16 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 25 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,75 milyon (bir milyon yeddi yüz əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını təqdim edirik:

Sıra №-siRayonun adıQuyuların sayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Beyləqan7Aşağı Çəmənli kəndi1483
Baharabad qəsəbəsi1006
Dünyamalılar kəndi7539
Kəbirli kəndi5060
Mayak qəsəbəsi (2 quyu)834
Örənqala qəsəbəsi2123
Cəbrayıl (Biləsuvar rayonu ərazisi)21 №-li qəsəbə1600
Füzuli10Alxanlı kəndi (2 quyu)1800
Aşağı Kürdmahmudlu kəndi1235
Aşağı Yağlıvənd kəndi1720
Birinci Mahmudlu kəndi (2 quyu)822
Əhmədbəyli kəndi986
İkinci Mahmudlu kəndi1564
Yuxarı Kürdmahmudlu kəndi (2 quyu)1270
Xocavənd2Nərgiztəpə ərazisi70
Şuşa (Ağdam rayonu ərazisi)4Mirzələr qış yatağı550
Cəmi:251629 662

Oxşar Xəbərlər