Prezidentin köməkçisi: “Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib”

Yan16,2021

Vaksinasiya məsələsi daim ölkə rəhbərliyinin, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Onların sayəsində ölkəmizdə yanvarın 18-dən vaksinasiya prosesinə başlanılır”.“QIA.AZ

” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.Onun sözlərinə görə, vaksinasiya prosesi yalnız qabaqcıl ölkələrdə başlayıb:“Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib. Artıq ilk partiya gəlib. Yanvarın 18-dən ilk olaraq tibb işçilərinin vaksinasiyasına başlanılacaq. Daha sonra fevralın 1-dən isə yaşı 65 dən yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”

Oxşar Xəbərlər