“Yaxın müddət ərzində Azərbaycanın quru sərhədlərinin açılması müzakirə olunmur”.
“QİA.AZ” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri bildirib ki, məsələ hazırda müzakirə mövzusu deyil.