Prokurorluq Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Yan 22, 2021
Prokurorluq Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Yanvarın 21-də saat 20 radələrində Şəmkir rayonu, Qədimqala kənd sakini, 1985-ci il təvəllüdlü Alıyev Bəxtiyar Adil oğlunun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

“QİA.AZ” bildirib ki, Şəmkir rayon prokurorluğundan “Report”a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu 1980-ci il təvəllüdlü Aslanov Vasif Elman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər