PSJ Messinin təqdimatı üçün Eyfel qülləsini icarəyə götürüb

Avq9,2021

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu avqustun 10-da Argentina yığmasının hücumçusu, İspaniyanın “Barselona” komandasından ayrılan Lionel Messinin təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb.

Bu barədə “Football Transfers” məlumat yayıb.

Qeyd edilir ki, Parisin əsas görməli yeri artıq 2017-ci ildə Neymarın “Barselona”dan Fransa klubuna keçidi zamanı təqdimatı üçün istifadə olunub. Məlumata görə, avqustun 10-da PSJ Eyfel qülləsində Lionel Messini təqdim edəcək.

Bu arada məlum olub ki, Londonun “Tottenhem” klubu da Lionel Messi ilə müqavilə üçün daha bir iddiaçı olub. Bu barədə isə “Daily Express” bildirib. Mənbənin iddiasına görə, komanda hücumçu uğrunda PSJ ilə mübarizə aparacaq.

Oxşar Xəbərlər