Rusiya Prezidenti Vladimir Putin gələn həftə hökumət üzvləri ilə görüşəcək.
QİA.az xəbər verir ki, bu barədə “Moskva. Kreml. Putin” “Rossiya-1” telekanalında məlumat verilib.
Bildirilir ki, Nazirlər Kabineti mayın 7-də istefa verəcək. Konstitusiyaya görə, bu, dövlət başçısının yeni səlahiyyət müddətinə keçməsindən əvvəl baş verir.
Qeyd edək ki, mayın 7-də Putinin andiçmə mərasimi “Rossiya-1” kanalında canlı nümayiş etdiriləcək.