Rusiya Prezidenti Vladimir Putin ona yenidən iki müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanunu imzalayıb.
Qanunun imzalanması ilə bağlı sənəd Rusiyanın hüquq informasiya portalında dərc olunub.
Qeyd edək ki, Rusiyada ötən il konstitusiyaya əlavə dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilib. Konstitusiyaya edilən dəyişikliyə görə, hazırkı dövlət başçısının əvvəlki prezidentlik müddətləri sıfırlanıb. Ötən həftə isə Rusiya parlamenti hazırkı prezidentə daha iki müddətə prezidentliyə namizədliyini irəli sürməyə imkan verən qanun layihəsini qəbul edib.