Putin: Rusiyada seçkilərə kənardan istənilən müdaxilənin qarşısı alınacaq

Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.

“Rusiyanın daxili işlərinə istənilən müdaxilə Rusiya qanunlarına uyğun olaraq yatırılacaq və sərt şəkildə yatırılacaq. Biz xalqımızın azadlığını, suverenliyini və gələcəyini seçmək hüququnu müdafiə edəcəyik”, – deyə Putin bildirib.

O, ölkədə yeganə hakimiyyət mənbəyinin xalq olduğunu vurğulayıb.

Oxşar Xəbərlər