Putin Rusiyanın postsovet məkanındakı təsirindən danışdı

Fev14,2021

“Rusiyanın postsovet məkanında artan təsiri narahatlıq doğurur, ölkənin əleyhdarları dünyada gərginliyin azaldılması barədə danışıqlar çərçivəsində Rusiyanı iddialı və hakimiyyətə həsrət qalan insanlardan istifadə edərək MDB məkanından çıxarmağa çalışacaqlar”.

“QİA.AZ”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ölkə mediasının redaktorları ilə görüşdə deyib.

Onun sözlərinə görə, Rusiyanın əleyhdarları və ya potensial düşmənləri çoxdan iddialı və hakimiyyətə həsrət olan insanları öz xeyirlərinə istifadə edir:

“Postsovet məkanındakı təsirimiz, nə qədər olsa da, artır. Bütün çətinliklərə baxmayaraq. Axı, ittifaqı (Sovet İttifaqı – Red) dağıdanda, sonrakı bütün nəticələri ilə müstəqil dövlətlərin qurulmasını anlamalı idilər. Ancaq buna baxmayaraq son illərdə burada təsir gücümüz artmaqdadır. Həm də bu, narahatlığa səbəb olur”.

Oxşar Xəbərlər