Putin Türkiyəyə səfər etmiş rusiyalı turistlərin sayını açıqlayıb

Sen29,2021

Pandemiya bütövlükdə dünyada turizm sahəsinə ciddi ziyan vurub.

QİA.AZ xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“2019-cu ildə 6,8 milyon, 2020-ci ildə 1,5 mln, bu ilin 9 ayında isə 2,5 milyon rusiyalı turist Türkiyəyə səfər edib. Vəziyyət düzəlir”, – V.Putin qeyd edib.

Türkiyə Prezidenti pandemiya dövründə Rusiyadan ölkəsinə səfər edən turistlərə görə rusiyalı həmkarına təşəkkürünü bildirib.

Oxşar Xəbərlər