Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan əlavə, iki ölkə lideri terrorizmlə mübarizədə qərarlı olduqlarını vurğulayıblar.