Putin və Paşinyan Qarabağ razılaşmasının icrasını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti zamanı Qarabağla bağlı razılaşmaların icra vəziyyəti müzakirə olunub.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında deyilir.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağa dair 2020-ci il 9 noyabr tarixli bəyanatının, həmçinin 2021-ci ilin 11 yanvar tarixində Moskva şəhərində keçirilmiş üçtərəfli sammitdə əldə olunmuş razılaşmaların yerinə yetirilməsilə bağlı əməli məsələlər müzakirə olunub”, – Kremldən bildirilib.

Oxşar Xəbərlər