Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər:
“Qazaxıstan Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi və hərbi əməliyyatları dayandırmaq səylərinin effektivliyini qeyd edib”.
Qeyd edilir ki, hər iki tərəf noyabrın 9-u əldə olunan tədbirlər kompleksini yüksək qiymətləndirib.