Dünya

Putinin illik böyük mətbuat konfransı başlayıb

Moskvada Rusiya Prezidenti Vladimir Putinin sayca 16-cı illik böyük mətbuat konfransı başlayıb.

“QİA.AZ” xəbər verir ki, bu il Rusiya liderinin illik geniş mətbuat konfransı COVID-19 pandemiyası səbəbindən yeni formatda keçirilir.

Belə ki, jurnalistlərin bir qismi Rusiya prezidenti ilə onun Moskva ətrafındakı Novo-Oqaryovoda yerləşən iqamətgahında eyni salonda olmaqla mətbuat konfransında iştirak edir. Digər qisim media mənsubu isə Beynəlxalq Ticarət Mərkəzində olacaq və videoəlaqə yolu ilə Putinə suallar verəcək.

Ümumilikdə illik mətbuat konfransında iştirak etmək üçün 774 jurnalist, o cümlədən “Report” İnformasiya Agentliyinin müxbiri də akkreditasiyadan keçib.

Qeyd edək ki, Putinin illik mətbuat konfransları arasında ən qısa müddət 2001-ci ildə 1 saat 35 dəqiqə olub, ən uzun müddət isə 2008-ci ildə 4 saat 40 dəqiqə davam edib.

Əlaqəli xəbər

Back to top button