Futbol

“Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibi bəlli olub

Movavi

“Qəbələ” klubunun UEFA Gənclər Liqasının I mərhələsindəki rəqibi bəlli olub.

“QİA.AZ”ın məlumatına görə, “qırmızı qaralar” AZ (Niderland) komandası ilə qarşılaşacaq.

Əyalət təmsilçisi ilk oyununu sentyabrın 29-da evdə, cavab qarşılaşmasını isə oktyabrın 20-də səfərdə keçirəcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. “Qəbələ” ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button