Qərb bölgəsində qədim və milli musiqi alətlərindən ibarət yeni folklor ansamblı yaradılıb

Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində folklor ansamblı yaradılıb.

Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, idarənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarından ibarət ansamblda qədim və milli alətlərin ifasında xalq mahnılarının səsləndirilməsi planlaşdırılır. Bu günlərdə çox qızğın məşqlər gedir, musiqi nömrələrinin seçilməsi, zövqlə işlənməsi istiqamətində böyük əmək sərf edilir. Regional mədəniyyətin inkişafında və yeni istedadların üzə çıxarılmasında ansamblın əsaslı rol oynayacağı güman edilir.
Məlumat üçün qeyd edək ki, ansamblın adı “Aveydağ” olaraq nəzərdə tutulub.

Oxşar Xəbərlər