“Qəbələ” futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” klubu israilli yarımmüdafiəçi Gilad Abramov ilə yollarını ayırıb.

Klubdan QİA.az-a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2023-cü ilin iyulundan “qırmızı-qaralar”da çıxış edən legioner komandanın heyətində 23 matç keçirib.

Oxşar Xəbərlər