Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Səbail” oyunun baş hakimi dəyişib.
“QİA.az” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Hakimlər komitəsindən verilən məlumata görə, Rəhim Həsənov şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcək. Onu referi Rəşad Əhmədov əvəzləyəcək.
Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.