Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə “QİA.AZ“a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, oktyabrın 23-də saat 18 radələrində Qəbələ rayonunun Bunud kəndi ərazisində İsmayıllı rayon sakini S.Əzimov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən həmyerlisi Vadim Salehovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.