Qəbələ şəhəri ərazisində tikintisi başa çatmamış restoranın həyətindəki köşkdə 50 yaşlı Bənövşə Kamulovanın meyiti tapılıb.
“QİA.AZ”ın xəbərinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Qadının restoranın həyətindəki köşkdə yaşadığı bildirilir.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır.