Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır

Noy29,2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulub.

Nazirlikdən “QİA.AZ“a verilən məlumata görə, bu məqsədlə Qəbələ rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa olunur. Mərkəzin tikintisi artıq yekunlaşır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

25 çarpayılıq mərkəzdə il ərzində 1000-dən çox sağlamlıq imkanları məhdud uşağa səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla ambulator və stasionar formada reabilitasiya xidmətləri göstəriləcək.

Oxşar Xəbərlər