Qəbələdə intihar hadisəsi baş verib.
“QİA.az”ın məlumatına görə, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.
Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.