Qəbələ” vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir”.
Bunu “Qəbələ”nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.Fevralın 24-də “qırmızı-qaralar”la yollarını ayıran 44 yaşlı mütəxəssis hazırda Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə təmsilçisinə bundan sonrakı dönəmdə uğurlar arzulayıb:“Kəpəz”dən 8 xal geri qala bilərlər. Amma hər şey mümkündür. “Qəbələ”nin istədiyi yerlərdə qərarlaşmasını arzulayıram”.
Çalışdırıcı 2019-cu ildən rəhbərlik etdiyi komandanın cari mövsüm zəif nəticələr göstərməsinə də münasibət bildirib:“Uğursuz çıxışa səbəb çoxdur. Komandadan çox sayda oyunçu getdi, kifayət qədər zədəli və cəzalılarımız oldu. Biz də Premyer Liqanın XXIV turunda “Kəpəz”lə (1:2) qarşılaşmadan sonra rəhbərliklə görüşdük və yolları ayırmağı qərara aldıq”.Qeyd edək ki, “Qəbələ” iki gün əvvəl gürcüstanlı Kaxaber Sxadadzeni baş məşqçi postuna təyin edib.
