Ötən gün qətlə yetirilən Bəhmən Hüseynov “Qisas” əməliyyatında iştirak edibmiş.
Bu barədə QİA.az- a onun yaxınları məlumat veriblər.
Qeyd ediblər ki, B.Hüseynov bir il əvvəl əsgərlikdən qayıdıbmış.
Hadisə isə şəxsi münasibətlər zəminində baş verib.
Məlumat üçün bildirək ki, cinayət dünən axşam saatlarında Bərdə qəbiristanlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Mirsaleh Firdovsi oğlu Hüseynov kəsici alətlə 2002-ci il təvəllüdlü Bəhmən Bəxtiyar oğlu Hüseynovu qətlə yetirib.