Qənirə Paşayeva Yaqub Zurufçu ilə görüşüb

Apr7,2021

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar artisti, vokalist Yaqub Zurufçu ilə Mədəniyyət Komitəsində görüşüb, onu 60 illik yubileyi münasibəti ilə təbrik edib.

“QİA.az” məlumat verir ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri Var Xana-Xana”, “De gülüm gəlsin ay nənə”, “Dilbər” mahnısını ifa edən müğənni, ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Fəridə Ağaxanlı

Ən son xəbərlər üçün bizi “Telegram“da izləyin.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər