Koronavirus pandemiyasının başlanmasından bəri rekord ölüm sayı qeydə alınıb.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin rəhbəri Matshidiso Moeti Afrikada koronavirusla bağlı vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirib.
“Qərbi Afrikada COVID-19 səbəbindən son dörd həftədə ölüm sayı artaraq 348-dən 1018-ə yüksəlib”, – M.Moeti deyib.
ÜST nümayəndəsi qeyd edib ki, Qərbi Afrikadakı vəziyyət bütün tibb işçilərindən xüsusi səy tələb edir.
Hazırda yeni koronavirusa yoluxma hallarının qeydə alındığı 23 Afrika ölkəsindən 9-u qitənin qərbində yerləşir. Bunların arasında digər təhlükəli xəstəliklərin yayılması ilə mübarizə aparan Fil Dişi Sahili, Qvineya və Nigeriya da var