Süni intellektin həyatımızda edəcəyi dəyişikliklər artıq gözləniləndi. Bizim hökumətlərimiz artıq süni intellekt və datalar barədə qərar vermək astanasındakı. Artıq üz tanıma texnologiyaları sayəsində biz yeni bir mərhələyə qədəm qoymuşuq. Hazırda süni intellekt araşdırma, tərcümə və böyük datalarla işlərdə bizə dəstək göstərir. Bu çərçivədə süni intellektin, böyük dataların qlobal iqlim dəyişikliyində rolu barədə düşünmək məcburiyyətindəyik. Buna görə bu panel sessiyanın mövzusunu Bakı Forumunun ən vacib mövzularındandır deyə hesab edirəm.
QİA.az xəbər verir ki, bunu UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos “Süni intellekt – təhdid yoxsa inkişaf?” mövzusunda üçüncü panel sessiyada çıxışı zamanı deyib.Q.Ramos bildirib ki, texnoloji inkişaf və innovasiyalar həyatımıza sürətlə inteqrasiya edir və biz bu ekosistemi idarə etmək və istiqamətləndirmək məcburiyyətindəyik. “Bu prosesin təhlükəsizliyi və gələcəkdə gətirə biləcək pozitiv və neqativ dəyişiklikləri düşünməliyik. Misal üçün, sima tanıma texnologiyalarında irqi diskriminasiyanın qarşısının alınması da vacib məsələrdəndir. Bunların qarşısının alınması üçün bizə digital dünyanı idarə edəcək qanun toplusu lazımdır. Çünki digital dünya real dünyamızın nəhəng bir hissəsidir və artıq əvəzolunmaz səviyyəyə çatıb. Biz texnologiyaların insanlara yalnız fayda verməsinə çalışmalıyıq. Bu baxımdan Bakı forumunun işini uğurlu hesab etmək olar”, – deyə Q.Ramos əlavə edib.