Sosial şəbəkələrdə qadının bir yaşlı uşağını boğmasını əks etdirən görüntülər yayılıb.
QİA.az-ın “İnsidenti Kamensk-Uralski” “Telegram” kanalına istinadla verdiyi məlumata görə, qorxunc video Rusiyanın Sverdlovsk vilayətindəndir.
Məlumata görə, qadın öz körpəsini onu başqa biri üçün tərk edən ərindən qisas almaq üçün boğur.
Kadrlarda körpənin anasının əlini boynundan çəkməyə çalışdığı görünür. Uşaq işgəncə çəkən müddətdə isə “ana” gülümsəyir.