İspaniya Futbol Federasiyasının keçmiş prezidentinə ağır cəza verilib.
QİA az xəbər verir ki, Avstriyada keçirilən futbol üzrə qadınlardan ibarət milli komandaların Dünya Çempionatında qalib gələn İspaniya seçməsinin futbolçusu Cennifer Ermosonu öpən Luis Rubiales 500 min avro cərimə ödəməli olacaq.
Bundan başqa keçmiş federasiya prezidentinə qadın futbolçulara 200 metrdən az yaxınlaşmaq qadağası qoyulub.
Qeyd edək ki, İspaniya məhkəməsi Luis Rubialesə 500 min avroluq cəzanı ödəməsi üçün bir həftə vaxt verib.