Qahirə Rusiyanın Misirlə hava əlaqələrinin bərpasını alqışlayıb

Apr24,2021

Misir Turizm və Antikalar Nazirliyi Rusiya Federasiyası şəhərləri ilə ölkəsinin kurortları arasında hava əlaqələrinin bərpası qərarını alqışlayıb.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun rəsmi nümayəndəsi Soha Baxqat bildirib.

Məlumatda deyilir: “Rusiya ilə Misir kurortları arasında çarter uçuşlarını bərpa etmək qərarını alqışlayırıq və ilk rus turist heyətinin gəlişini gözləyirik”.

Qeyd edilir ki, Rusiyalı turistlər 2015-ci ildən Misirə gələn turist axını həcminin 25-30 faizini təşkil edir.

Oxşar Xəbərlər