Qala qəsəbəsində sürücü qəza törədib

İyn22,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Novruzov Rüfət Şəmsəddin oğlu idarə etdiyi avtomobili yol qırağındakı maneəyə çırpıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər