Türkiyə Superliqasının dördüncü turunda son çempion “Qalatasaray” Adanada “Adana Demirspor”un qonağı olub.
QİA.az xəbər verir ki, “cim-bom” rəqibinin qapısından beş top keçirib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar – 1:5.
İstanbul klubunun heyətində İkardi 25-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.
Bu qələbədən sonra “aslanlar”ın aktivində doqquz xal var və onlar bir oyun artıq keçirən “Fənərbağça”dan cəmi bir xal geri qalmaqla turnir cədvəlində ikinci pilləni tuturlar. “Adana Demirspor” isə bir xalla sonuncu – 19-cu yerdədir.