“Napoli” komandası “Qalatasaray”ın oyunçusu Davinson Sançes üçün 18 milyon avro təklif etsə də, “sarı-qırmızılar” təklifi qəbul etməyiblər.
Oxu.Az xəbər verir ki, Seriya A klubunun kolumbiyalı müdafiəçi üçün təklifini məhz “Qalatasaray” rəhbərliyi geri çevirib.
Türkiyə mətbuatının məlumatına görə, İtaliya klubu yeni təklif göndərməyi planlaşdırır.