Qanuna dəyişiklik edilir – Sürücü hansı hallarda avtoxuluqan sayılacaq?

Yan22,2021
Qanuna dəyişiklik edilir - Sürücü hansı hallarda avtoxuluqan sayılacaq?

Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur.

“QİA.AZ” xəbər verir ki, avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir:

Dəyişikliyə əsasən, sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:

  • aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə;
  • avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;
  • avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda.

Oxşar Xəbərlər