Qanuni Sultan Süleymanın portreti hərraca çıxarılacaq

sultan süleyman

10-cu Osmanlı padşahı Qanuni Sultan Süleymanın nadir portretlərindən biri “Sothebi” hərrac evində satışa çıxarılacaq.

“QİA.az” xəbər verir ki, 16-cı əsrə aid olan əsər mis üzərində çəkilib. Martın 31-də hərraca çıxarılması planlaşdırılan portret 60 min funt sterlinqə (təxminən 142 min manat) satışa qoyulsa da, onun 120 min funt sterlinqə (təxminən 284 min manat) qədər çatacağı da ehtimal edilir.

Qeyd edək ki, “İslam Dünyası və Hindistan Sənəti” adı altında keçiriləcək hərracda qədim dini kitablar, xalçalar və bəzək əşyalarının satışı planlaşdırılır.

QİA.az

Oxşar Xəbərlər