Bakıda silsilə oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “QİA.az“-a verilən xəbərə görə, Xətai rayon polis polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki bir ofisdən 1300 manat dəyərində noutbuk, printer, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən isə 1300 manat dəyərində televizor, 2 ədəd telefon, xalça və çaydan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Bayramlı və A.Məlikov saxlanılıblar.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ