“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu

Mar29,2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, buna “Qarabağ” sona səkkiz tur qalmış nail olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

Oxşar Xəbərlər