“Qarabağ” Avstriyadakı ikinci yoxlama oyununda uduzdu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası növbəti yoxlama matçı keçirib.

Rəqib Rusiyanın “Arsenal” (Tula) klubu olub. Kirxdorf şəhərində təşkil olunmuş qarşılaşma qonşu ölkə komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 20-ci dəqiqədə Yevgeni Markov vurub.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını məğlubiyyətə uğradıb – 1:0.

Oxşar Xəbərlər