Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.
QİA.az “Report”a istinadla xəbər verir ki, bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.
Premyer Liqanın lideri “Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.
Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.
Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.