“Qarabağ” finalda meydan sahibi olacaq

Apr26,2024

Azərbaycan kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

QİA.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək.

Matç saat 20:00-da start götürəcək.

Oxşar Xəbərlər