Qarabağ İnformasiya Agentliyinin Təsisçisi Raqif Məmmədov və Baş direktoru Seyfur Hacımuradov təltif olunub.
QİA.AZ xəbər verir ki, agentliyin əməkdaşları Qafqaz Media İctimai Birliyi tərəfindən təsis edilən “ İlhamlı Azərbaycan” döş nişanı və Vətən müharibəsi zamanı orduya göstərdikləri dəstəyə görə “Qarabağ Azərbaycandır!” diplomu ilə təltif olunublar.
Döş nişanı və diplomlar Qafqaz Media İctimai Birliyinin sədri Hacı Azadə-Taleh Abbas qızı tərəfindən agentliyin əməkdaşlarına təqdim olunub.