“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

May5,2024

“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadə ilə müqavilənin müddətini uzadıb.

QİA.az xəbər verir ki, klubdan AZƏRTAC-a verilən məlumata görə, 20 yaşlı hücumçu ilə yeni müqabilə dörd il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, N.Axundzadə “köhlən atlar”ın heyətində bu mövsüm 43 matçda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar Xəbərlər