“Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya başlanıldı

Noy18,2020

“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı mətbuat konfransı keçirərək “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini ölkə ictimaiyyətinə bəyan edib.

“QİA.AZ” xəbər verir ki, konfransda hərəkatın sədri Nihad Allahyarlı, idarə heyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.

Tədbirdə mənfur xislətli düşmənin qrafikə əsasən Azərbaycan ərazilərindən çıxma prosesində maksimum şəkildə bu bölgəyə ziyan vuraraq, bu əraziləri tərk etməyə çalışdığı vurğulanıb. Bildirilib ki, Qarabağ meşələri, tərk edilən evlər yandırılır, ekologiyaya və bölgənin flora, fauna örtüyünə böyük ziyan vurulur:

“Biz bu ekoloji terroru sosial medianın erməni seqmentinin paylaşımlarında aktiv şəkildə görürük”.

“DAVAM” Ümumrespublika Gənclər Hərəkatı məhz düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilat və siyasi təsisatların Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələrinə və Ermənistana beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar edəcək.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək.

Bu işlərə paralel artıq 16 noyabr axşam 21:00-dan etibarən davamçı gənclər dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları feysbuk, tvitter və instaqram üzərindən #StopArmenianEcoTerrorism hashtag-i ilə paylamışlar edərək sosial media istifadəçilərinin, beynəlxalq təşkilat və media quruluşlarının diqqətini bu mövzuya çəkməyə çalışır.

Oxşar Xəbərlər