Azərbaycan Premyer Liqasında XII turun “Qarabağ” – “Qəbələ” oyununun təyinatları müəyyənləşib.
QİA.AZ-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, görüşün baş hakimi Orxan Məmmədov olacaq.
6 dekabr (bazar)
16:00. “Qarabağ”– “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”
Qeyd edək ki, turun qalan 3 oyunu komandalarda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınıb.