Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək.
“QİA.AZ” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Səbail” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Son çempion “Qarabağ” isə “Qəbələ” ilə qarşılaşacaq.
Tura sabah keçiriləcək “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
18-ci tur
2 mart
Səbail – Keşlə
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov.
“ASCO Arena”, 16:00.
Qarabağ – Qəbələ
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
“Azersun Arena”, 18:15.