“Vətən müharibəsindəki qələbəmizdən sonra məktəblərdə tədris olunan “Qarabağ tarixi” dərsliyi “Qarabağın zəfər tarixi” adlanacaq”.
“QİA.az” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, həmin dərslikdən 9-cu siniflərdə gələn tədris ilindən istifadə olunacaq:
“Məqsəd həm Qarabağın tarixi, həm Azərbaycanın müstəqilliyinin ilk illərində yaranan şəraitlə bağlı Qarabağı itirməyimiz, danışıqlar prosesi və ən vacib hissəsi-Azərbaycan ordusunun, xalqının zəfərinin məzmununu ana hissəsinə çevirməkdir”.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ