“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başladı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qarabağ” səfərdə “Linkoln”la (Cəbəllüttariq) qarşılaşıb.

QİA.az xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab fasilə ərəfəsində açılıb. 45+2-ci dəqiqədə Juninyo fərqlənib. “Köhlən atlar”ın ikinci qolunu isə 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, “Qarabağ” və “Linkoln” arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

21:32

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” qarşılaşmasında növbəti qol vurulub.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisinin üstünlüyü davam edir.

Toral Bayramovun 75-ci dəqiqədə vurduğu qolla “Qarabağ” hesabı 0:2 edir.

Oxşar Xəbərlər